"Bavariya" fransalı futbolçu ilə anlaşdı

"Bavariya" heyətini fransalı futbolçu ilə gücləndirəcək.

Sportline.az xəbər verir ki, "Çelsi"nin futbolçusu Kristofer Nkunku Münhen klubuna keçməyə razılıq verib.

Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

Qeyd edək ki, Nkunku hazırkı dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.

O, ötən mövsüm meydana çıxdığı 48 matçda 15 qol 5 asistlə yadda qalıb.