"Bavariya" məşqlərə start verdi

“Bavariya” klubu da məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, hazırlıq prosesi Münhen təmsilçisinin bazasında keçirilib.

Məşq məhdudlaşdırıcı rejimdə olub. Futbolçular kiçik qruplara bölünərək qaydalara əsasən, bir-biriləri ilə məsafə saxlayıblar.

Qeyd edək ki, Bundesliqa aprelin 30-dək təxirə salınıb.