"Bavariya" və "Borussiya" fəaliyyətini dayandırdı

"Bavariya” koronavirus səbəbindən məşqləri ləğv edib.

Sportline.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Eyni səbəbdən Dortmund "Borussiya"sı da  bütün oyuçularını mövsümün sonunadək evlərinə göndərib.

“Köln” də məşqlərini martın 27-dək təxirə salıb, “Herta”nın (Berlin) isə 1 futbolçusunda koronavirusa yoluxma aşkarlandığı üçün klub işçiləri və komandanın bütün heyəti karantinə alınıb.

Qeyd edək ki, Bundesliqa rəhbərliyi çempionatı aprelin 2-dək təxirə salmışdı.