"Bavariya" yaşıl meydanlara geri dönür

Aprelin 6-dan “Bavariya” öz bazasında məşqləri bərpa edəcək.

Sportline.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb. Məşqlər məhdudlaşdırıcı rejimdə olacaq. Futbolçular beş qrupa bölünəcək: dörd qrupda dörd, bir qrupda beş futbolçu olacaq.

Daha öncə yayılan xəbərə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya bundesliqası mayın əvvəlində bərpa ediləcək.