"Bavariya"dan Nkunku həmləsi

"Çelsi"nin fransalı forvardı Kristofer Nkunku "Bavariya"dan təklif alıb.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Münhen klubu 27 yaşlı futbolçunun heyətinə qatmaq niyyətindədir.

London klubu Nkunku üçün ən azı 40 milyon avro tələb edir.

Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.