"Bavariya" basketbol komandasına yeni baş məşqçi təyin olunub

"Bavariya" basketbol komandasının yeni baş məşqçisi Qordon Herbert olub.

Sportline.az Almaniya klubunun rəsmi hesabına istinadla xəbər verir ki, kanadalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Klubdan verilən açıqlamada 65 yaşlı çalışdırıcının Parisdə keçiriləcək Olimpiya Oyunları başa çatdıqdan sonra yeni vəzifəsinə başlayacağı bildirilib.

Xatırladaq ki, Qordon Herbert 2023-cü ildə Almaniya millisinin "sükanı arxasında" Dünya Çempionatının qalibi olub.Onlar turnirin yarımfinalında ABŞ millisinə qalib gəliblər.

Qeyd edək ki, may ayında Herbertin Almaniya millisindən ayrılacağı dəqiqləşmişdi.