"Bayer" "Sevilya" ilə razılaşdı
"Bayer" "Sevilya"nın futbolçusu Loiç Badeni heyətinə qatmağa yaxındır.
Sportline.az jurnalist Fabrins Houkinsin məlumatına istinadən xəbər verir ki, Leverkuzen klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
25 yaşlı stoper yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, transferin bu həftə rəsmləşməsi gözlənilir.