"Bayer"də yeni futbolçu

Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az Leverkuzen komandasının rəsmi saytına istinadən xəbər verir ki, III Bundesliqa təmsilçisi "Kayzerslautern"in qapıçısı Lennart Qrill ilə 4 illik müqavilə imzalanıb.

21 yaşlı qolkiperin yeni mövsümdən "Bayer"ə qoşulacağı bildirilib.

Qeyd edək ki, L.Qrill Almaniyanın U-21 yığmasının da formasını geyinir.