"Bayer"i "Bornmut"a dəyişir

"Bayer"in mərakeşli futbolçusu Amin Adli karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az jurnalist Santi Aounaya istinadən xəbər verir ki, "Bornmut" 25 yaşlı sol cinah vingerini transfer etməkdə israr edir.

Leverkuzen klubu bu keçid üçün qarşı tərəfdən 30 milyon avro tələb edir.

Qeyd edək ki, Amin Adlinin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

O, bu mövsüm meydana çıxdığı 1 matçda 1 asistlə yadda qalıb.