Bekhemin klubu koronavirusa görə loqosunu dəyişdirdi

ABŞ-ın "İnter Mayami" klubu koronavirusla mübarizəyə dəstək olaraq, emblemini dəyişib.

Sportline.az xəbər verir ki, İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemin təsisçi və sahiblərindən biri olduğu klubun loqotipindəki vağ quşları mərkəzdən kənarlara aralanıb. Bu addım insanlar arasında məsafənin gözlənilmə qaydasını nümayiş etdirmək üçün atılıb.

 

 

"İnter Mayami"nin əvvəlki emblemi belə idi:

 

 

Qeyd edək ki, MLS-də cari mövsüm koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Analoji qərar dünyanın əksər çempionatlarında, o cümlədən, Azərbaycan Premyer Liqasında qəbul olunub.