Belarus çempionatında saxta azarkeşlər

Avropada davam edən yeganə futbol çempionatı olan Belarusda maraqlı addım atılıb.

Sportline.az xəbər verir ki, "Dinamo Brest" klubu "Şaxtyor"la qarşılaşmada bir tribunanı virtual azarkeşlərə ayırıb. Həmin tribunaya biletləri dünyanın fərqli yerlərindən olan insanlara satılıb.

Biletləri alan azarkeşlərin manekenləri həqiqi fanatlarla birgə qoyulub.

Klubun saytında satışa çıxarılan virtual biletin birini 26 dollara almaq mümkündür. Bundan əlavə, bileti ala şəxs, şəklini kluba göndərməlidir. Klub işçiləri manekenlərin üzərinə bilet alan şəxsin fotosunu qoyur.

"Dinamo Brest" virtual biletlərdən əldə ediləcək gəliri COVID-19 pandemiyası ilə mübarizəyə ayıracağını açıqlayıb. Klub ilk ev oyununda 780 dollar qazanıb. Komandanın aprelin 12-də "İsloş"la matçında da virtual fanatlar yer alacaq.