Belarus çempionatında son nəticələr

Avropada davam edən yeganə çempionat olan Belarus Premyer Liqasında 6-cı tur başlanıb.

Sportline.az xəbər verir ki, ilk 2 oyunda Minsk “Dinamo”su və “Neman” komandası 3 qolla qələbə qazanıb.

Son pillələrdə gedən “Smoleviçi” öz meydanında Minsk “Dinamo”su ilə qarşılaşıb. Oyuna gözlənildiyi kimi paytaxt futbolçuları daha yaxşı başlayıblar. İlk hissədə 2 qol vurulub. Qonaqlardan İvan Bahar və Yevgeni Şkavka fərqlənib. Fasilədən sonra hər iki tərəf hərəyə bir dəqiq zərbə ilə yadda qalıb. Şikavka dubl edib. Onun komanda yoldaşı Miha Qoropevşek isə avtoqol müəllifi olub. 3-1 hesabı ilə qalib gələn “Dinamo” xal ehtiyatını 9-a yüksəldib.

“Neman” isə ardıcıl 3 oyundan sonra qələbə qazanıb. “Energetik”i qəbul edən komanda ilk hissədə rəqibi ilə bacara bilməyib. İkinci yarıda hücumlarını daha da gücləndirən meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər. Bununla da, “Neman” kollektivi xallarının sayını 8-ə çatdırıb.