Belarus dünya futbolunda ilkə imza atdı

Brest "Dinamo”su Belarus Kubokunun ilk yarımfinal matçında maraqlı addımla diqqət çəkib.
 
Sportline.az xəbər verir ki, Soliqorsk "Şaxtyor”u ilə görüşdə ( 2:0 ) tribunaların birinə üzlərinə sifarişçilərin şəkilləri yapışdırılmış manekenlər yerləşdirilib.
 
Klub tarixində ilk dəfə virtual bilet satışından gəlir götürüb.
 
"Dinamo”nun mətbuat xidməti, qazanılan pulun bir hissəsinin koronavirusla mübarizəyə yönəldiləcəyini açıqlayıb.