Belarusda fanatlar ayağa qalxdılar

Belarusun "Neman" klubunun fanatları etiraza başlayıblar.
 
Sportline.az championat.com-a istinadən xəbər verir ki, Qrodno şəhərini təmsil edən komandanın azarkeşləri, digər fanatları stadionlara getməməyə səsləyiblər.
 
Koronavirus təhlükəsini əsas gətirən "Neman" azarkeşləri sevimli komandalarının ev və səfər oyunlarına getməyəcəklərini bildiriblər.
 
Qeyd edək ki, bütün Avropada ölkə çempionatları dayandırıldığı halda, Belarus Futbol Federasiyası bu addımı atmağa tələsmir.