Beqoviçə görə ən yaxşı qapıçıların siyahısı

Mövsümün ilk yarısını "Qarabağ"da keçirmiş, hazırda icarə əsasında "Milan"da oynayan Asmir Beqoviç dünyanın ən yaxşı 5 qapıçısını açıqlayıb

Sportline.az xəbər verir ki, bosniyalı qapıçı "Instagram"da canlı yayımda azarkeşlərin sualına cavab verərkən bu barədə danışıb: 

"Məncə, Mark-Andre ter Şteqen ("Barselona"), Tibo Kurtua ("Real"), Canluici Donnarumma ("Milan"), Manuel Noyer "("Bayern") və Yan Oblak ("Atletiko") dünyanın ən güclü qapıçılarıdır".