Bərdə komandası turnirin qalibi olub

Uşaq-Gənclər  Futbol  Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində 12-13 yaşlı uşaqlar arasında turnir keçirilib. Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, yarışda Ağdam, Bərdə, Ağcabədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən ümumilikdə 10 komanda iştirak edib. Yekunda Bərdə komandası turnirin qalibi olub. Mingəçevir-1 ikinci,  Oğuz isə üçüncü pilləni tutub. Komandalar kubok və diplomlarla mükafatlandırılıb.