"Beşiktaş" ispaniyalı futbolçunu transfer etdi
"Beşiktaş" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın "Xetafe" klubunda çıxış edən Aleksis Delqado bundan sonra "Qara qartalın" uğurları üçün çalışacaq.
Müdafiəçi ilə bu gün müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi “Valensiya”, “Sevilya” və “Malaqa”nın da şərəfini qoruyub.