"Beşiktaş" ulduz futbolçu ilə anlaşdı

"Beşiktaş" növbəti transferə hazırlaşır.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi Temmi Abraham, Vilfrid Ndidi və Orkun Kökcünün ardınca Ceydon Sançonu da heyətinə qatmağa yaxındır.

Bu haqda İspaniyanın nüfuzlu "As" nəşri məlumat yayıb.

Mənbə sözügedən transferlə bağlı "Beşiktaş" və "Mançester Yunayted" klublarının anlaşdığını bildirir.

Qeyd edək ki, ötən mövsüm "Mançester Yunayted" və "Çelsi" komandaları ilə ümumilikdə 42 oyuna çıxan Sanço, 5 qol və 10 asist müəllifi olub. 

Onun transfer dəyəri 28 milyon avro kimi göstərilir.