"Beşiktaş" yamaykalı futbolçunun xidmətində maraqlıdır
"Beşiktaş" "Aston Villa"nın yamaykalı futbolçusu Leon Beylini rəngələrinə bağlamaq istəyir.
Sportline.az xəbər verir ki, Türkiyə klubu yaxın günlərdə 28 yaşlı futbolçu üçün "Aston Villa"ya rəsmi təklif göndərəcək.
Bu haqda jurnalist Florian Plettenberg öz "X" hesabında paylaşım edib.
Beylinin dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçu 2021-ci ildən Birmingem klubunda çıxış edir.