"Boavişta" - "Sportinq"

Portuqaliya Premyer Liqasında 11-ci turun görüşləri davam edir.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" bu gün "Sportinq"lə qarşılaşıb. Baş məşqçi qapını yenə Kamran Ağayevə etibar edib. Emin Mahmudov isə matça 76-cı dəqiqədə daxil olub.

Qarşılaşmanın taleyini isə Bas Dostun 25-ci dəqiqədə vurduğu qol həll edib - 0:1.