Boban Maryanoviç: “Obradoviç mənə “Fənərbağça” da xoşbəxt olacaqsan dedi”
“Fənərbağça”nın bu yay “Hyuston Rokets”dən transfer etdiyi 36 yaşlı basketbolçusu Boban Maryanoviç jurnalistlərin sualların cavablandırıb.
Sportline.az “EUROHOOPS” nəşrinə istinadən xəbər verir ki, serbiyalı hücumçu yeni komandasına adaptasiya olduğunu bildirib.
“Burada əvvələr məşqçilik edən Zeliko Obradoviçi də tanıyıram. Mən əslində onu hava limanında görmüşəm. Mənə dediki orada çox xoşbəxt olacaqsan, həzz al.Orada böyük azarkeşlər və yaxşı məşqçi heyəti var." dedi.
Qeyd edək ki, Boban Maryanoviç daha öncə “Çska Moskova”,”Zalgiris Kaunas”, “San Antoniyo”, “Detroit Pistons”,”Los Anceles Klippers”, “Filadelfiya Siksers” və “Dallas Meveriks” kimi komandaların şərəfini qoruyub.