Boban Maryanoviçin “Fənərbağça” karyerası uğurlu başladı

"Fənərbağça" klubunun yeni basketbolçusu Boban Maryanoviç komanda ilə ilk matçına çıxıb.

Sportline.az xəbər verir ki, serbiyalı oyunçu ilk görüşündə 15 xal 2 blokla yadda qalıb. "Fənərbağça" – "Bursaspor" yoldaşlıq matçı "sarı-lacivərtlilər"in 107-66 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Boban Maryanoviç bu yay "Hyuston Rokets" klubundan "Fənərbağça"ya trasnfer olub.

O, daha əvvəl karyerasında Dallas Mevriks, San-Antonio Spurs, Detroit Pistons kimi komandalarda oynayıb.