"Borussiya Dortmund" İngiltərə klubuna elçi düşüb

"Borussiya Dortmund" "Brayton"un argentinalı futbolçusu Fakundo Buonanotteni heyətinə qatmaq istəyir.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Almaniya klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.

20 yaşlı futbolçunun İngiltərə klubu sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Buonanottenin meneceri Dortmund klubu ilə təmas halındadır.