"Borussiya"nın üzvü karantində zədələndi

Sosial məsafəni qoruyaraq, məşqləri bərpa edən Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın müdafiəçisi Dan-Aksel Zaqadu hazırlıq zamanı sıradan çıxıb. Klub fransız futbolçunun dizindən ciddi zədələndiyini açıqlayıb.

20 yaşlı oyunçunun hansı müddətdə geri dönəcəyi barədə məlumat verilməyib.