"Boston" yarımfinalın qapılarını açdı, "Oklahoma" geri dönüş edərək qələbə qazandı

NBA-da 1/4 final oyunları bu gün keçirilən 2 görüşlə davam edib.

Sportline.az xəbər verir ki, "Boston Seltiks" səfərdə "Kivlend Kavaliers"i 109-102 hesabı ilə məğlub edərək seriyada hesabı 3-1-ə çatdırıb.Matçın ən məhsuldar oyunçusu 33 xal, 11 ribaund, 5 asistlə Ceyson Teytum olub.

Maraqla gözlənilən digər oyunda "Oklahoma Siti Tander" seriyanın 4-cü oyununda "Dallas Mevriks"in qonağı olub. "Oklahoma" böyük fasiləyə 11 xal geridə yollansa da, geri dönuş edərək qaləbə qazanmağı bacarıb.100-96.

Bu nəticə ilə seriyada hesab bərabərləşib.2-2.

Qeyd edək ki, tərəflər arasında seriyanın 5-ci oyunları mayın 16-da keçiriləcək.Üumi hesabda 4-ə çatan komandalar yarımfinala vəsiqə qazanacaqlar.