“Boston” “Denver Naqqets”i məğlub etdi

Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatının başlamasına sayılı günlər qalıb. Komandalar Abu-Dabidə yoxlama matçlarında qüvvələrinə sınayıblar.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində “Boston Seltiks”lə “Denver Naqqets” komandaları qarşılaşıblar. Matç “Boston Seltiks”in 130-104 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ən məhsuldar basketbolçusu “Boston Seltiks”in oyunçusu Ceylon Braun olub. 21 xal 1 ribaund 3 asist.

“Denver Naqqets”də isə ən məhsuldar oyunçu Nikola Yokiç olub. 20 xal 7 ribaund 3 asist.

Qeyd edək ki, NBA-də rəsmi matçlar oktyabr ayının 22-də başlayacaq.