"Boston Seltiks" seriyada hesabı 2-0-a yüksəldib

NBA-da yarımfinal həyəcanı davam edir.

Sportline.az xəbər verir ki, "Boston Seltiks" seriyanın ikinci oyunundA İndiana Peysersi qəbul edib.

Görüş 126-110 hesabı ilə ev sahiblərinin xeyrinə yekunlaşıb.

Bu nəticə ilə "Boston" seriyada hesabı 2-0-a çatdırıb.

Matçın ən məhsuldar basketbolçusu 40 xal, 5 ribaund, 2 asistlə Caylen Braun olub.

Qeyd edək ki, seriyanın 3-cü oyunu mayın 26-da İndianada olacaq.