Braziliya klubları qəzaya uğrayan komandaya oyunçu təklif etdilər
Braziliya A Seriyasında çıxış edən klublar qəzaya uğrayan "Şapokoense" klubu ilə bağlı federasiyaya müraciət ediblər. SportLine.az xəbər verir ki, onlar qarşıdakı üç mövsümdə komandanın aşağı liqaya göndərilməməsini istəyiblər. Bununla yanaşı, "Korintians", "Flamenqo", "Palmeyras", "Qremio", "Vitoria" və digər klublar "Şapokoense"də çıxış etməsi üçün ödənişsiz oyunçular icarəyə verə biləcəklərini bildiriblər.
Xatırladaq ki, “Şapekoense”ni Braziliyadan Kolumbiyaya aparan təyyarə qəzaya uğrayarkən içərisində 72 sərnişin və 9 ekipaj üzvü yer alıb. Azərbaycanda çıxış etmiş Filipe Maçado və Tyeqo de Xesus da onların arasında olub.