Braziliya klubu təyyarə qəzasına uğradı
Braziliyanın ”Şapekoense” komandası faciəylə üzləşib. SportLine.az xəbər verir ki, Sudamerikano kubokunun ilk final matçı üçün Kolumbiyanın Medellin şəhərinə uçan komanda üzvləri bu gün təyyarə qəzasına uğrayıblar. İlkin məlumatlara əsasən, təyyarə yanacağın azlığı üzündən dağa çırpılıb. Göyərtədə olan 72 sərnişin və 9 ekipaj üzvündən isə, yalnız 6 nəfər sağ qalıb. Xilas edilənlər arasında müdafiəçi Alan Ruşellə qapıçı Danilo da var. Qeyd edək ki, “Şapekoense” sabah Kolumbiyanın “Atletiko Nasional” komandası ilə qarşılaşmalı idi.