Bu futbolçular Azərbaycan çempionatından kənarda qalacaq

Azərbaycan Premyer Liqasında 6 futbolçu üçün III dövrə başa çatıb.

Sportline.az xəbər verir ki, XX turda sarı vərəqə alan bu oyunçular növbəti oyunu buraxmalı olacaqlar.

Vüsal İsgəndərli (Keşlə) “Qarabağ”la görüşdə (0:2) 4-cü sarı vərəqəsini alıb. O, “Sabah”a qarşı forma geyinməyəcək.

Vojislav Stankoviçin ("Neftçi") 4-cü xəbərdarlığı “Sabah”la oyuna (4:0) təsadüf edib. O, “Zirə” ilə qarşılaşmanı buraxacaq. Sonuncuların həmin matçdakı itkiləri daha çoxdur.

“Səbail”lə qarşılaşmada (3:1) Adrian Skarlatake 8-ci, İlkin Muradov 4-cü dəfə cəzalanıb. “Sumqayıt”la qarşılaşacaq “Səbail”də də iki itki var. “Zirə”ylə oyunda alınan vərəqələr Rahid Əmirquliyev və Ürfan Abbasov üçün 4-cü olub.