Stend və güllə atıcılığı üzrə Azərbaycan Kubokuna start verilib

3 aprel tarixində stend və güllə atıcılığı idman növü üzrə Azərbaycan Kubokunun ilk rəsmi yarış günü başlayır.

Sportline.az xəbər verir ki, Bakı Atıcılıq Kompleksində  keçirilən yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.

Kişilər, qadınlar, oğlanlar, qızlar arasısnda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi yarışlar, qarışıq komanda yarışları, güllə atıcılığı üzrə kişilər, qadınlar, oğlanlar, qızlar arasında 25m tapança, 50m tapança 10m pnevmatik tapança / tüfəng və 10m pnevmatik tapança / tüfəng qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışlar 6 aprel tarixinədək davam edəcək