Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.
“Borussiya” doğma meydanda “Barselona”nı, “Aston Villa” isə PSJ-ni qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)
İlk oyun - 0:4.
23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3.
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları sabah keçiriləcək.