Bu gün UEFA-nın iclası olacaq

UEFA bu gün quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə, iki gün sonra isə İcraiyyə Komitəsinin üzvləri ilə video formatında iclas keçirəcək.

Sportline.az xəbər verir ki, iclaslarda həm daxili, həm də avrokuboklarla bağlı məsələlər müzakirə olunacaq.

UEFA İcraiyyə Komitəsinin iclasından sonra əlavə məlumatın veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, Avropadakı bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb.