Bu gün UEFA-nın videokonfransı olacaq

UEFA bu gün quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans təşkil edəcək.

Sportline.az xəbər verir ki, görüş zamanı iki həftə əvvəl yaradılmış İşçi Qrupun nail olduğu inkişaf barədə yenilənmiş informasiya bölüşüləcək, yarışların yenidən təxirə salınması üçün təklif olunan variantlar nəzərdən keçiriləcək. 

Gündəlikdə UEFA-nın bütün klub və yığma səviyyəli yarışlarındakı hazırkı vəziyyət, hazırkı vəziyyətin FIFA ilə müzakirəsi, futbolçularla bağlanılmış müqavilələrlə bağlı vəziyyət və Avropa futbolundakı transfer sistemi də yer alıb. 

Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa bütün ölkələrdə liqalar dayandırılıb.