Bu komandalar 5 il aşağı liqaya düşməyəcək

Meksika çempionatında klublar 5 mövsüm ərzində aşağı liqaya düşməyəcək.

Sportline.az xəbər verir ki, liqanın prezideti Enrike Bonilya çempionatdakı 18 klub prezidentinin iştirakı ilə videokonfrans keçirib. Koronavirusa görə yaranan maliyyə probleminə görə klubların 5 mövsüm yüksək liqada qalmasına qərar verilib.

Qərarla razılaşan və vəzifəsi gənc futbolçuları üzə çıxarmaq olacaq ikinci liqa klublarına 5 mövsüm ərzində hər il 845 min dollar köməklik ediləcək.