Bu ölkədə futbol çempionatı başlanır

Bu gün Belarusda yeni futbol mövsümü başlanır.

Sportline.az xəbər verir ki, “yaz-payız” sistemi üzrə keçirilən yarışda birinci turun oyunları bu gün olacaq. Açılış matçında “Minsk”lə BATE üz-üzə gələcək.

Qeyd edək ki, martın 17-də UEFA-nın milli federasiyalarla keçirdiyi videokonfrans zamanı yerli liqaların dayandırılması tövsyə olunub. Lakin Belarus Futbol Federasiyasından bildirilib ki, indiki durumda liqanın startını təxirə salmağa ehtiyac yoxdur. Qurumun mətbuat katibi Aleksandr Aleynik deyib: “Belarusda 36 nəfər koronavirusa yoluxub. Biz müvafiq qurumlardan informasiya alırıq. Hələlik çempionatı azarkeşlərin iştirakı olmadan keçirmək qərarı vermişik”.