Buffon karyerası ilə bağlı qərar verdi

Canluici Buffon "Yuventus"un yeni müqavilə təklifini qəbul edib.

Sportline.az xəbər verir ki, tərəflər 2020-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini daha 1 il uzadılması ilə bağlı razılığa gəliblər.

Təcrübəli qolkiperin yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Buffon bu mövsüm meydana çıxdığı 11 oyunda qapısından 9 top buraxıb.