Bundesliqa nə vaxt başlayır?

Bundesliqa rəhbərliyi mayın 9-dan oyunların bərpası haqda düşünür.

Sportline.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri xəbər yayıb.

Qəzet bəzi qadağalar barədə məlumat əldə edə bilib. Bildirilir ki, çempionat davam etdirildikdən sonra futbolçular otel, yaxud evlərində qala bilərlər. Amma onlara sekslə məşğul olmaq və öpüşmək qadağan ediləcək (tərəflərdən birində koronavirusun hansısa bir simptomu olarsa). Stadionlarda 300-dən çox şəxs olmamalıdır. Matça gələrkən arenada futbolçuların temperaturu yoxlanılacaq.

Oyundan sonra komandalar stadionu ayrı-ayrı vaxtlarda tərk etməlidir. Futbolçular yalnız fərdi butulka və içkilərdən istifadə edəcək. Bundan başqa, ümumi komanda şəkli çəkdirmək, əllə görüşmək, eləcə də uşaq futbolçularla ənənəvi müşayiət də qadağan edilir. Matç sonrası müsahibələr minimum səviyyəyə endirilir.

İlk məşqdən əvvəl isə bütün komandalar koronavorus testindən keçiriləcək.