Bundesliqada sular durulur

Koronavirusa görə martın 17-dən dayandırılan Almaniya Bundesliqasının mayda bərpası nəzərdə tutulur.

Sportline.az xəbər verir ki, artıq komandalar məşqlərə başlayır. Dortmund “Borussiya”sı klubun bazasında hazırlığını davam etdirir. Futbolçular həkim və məşqçilərin nəzarəti altında social məsafəni gözləməklə məşq edirlər. Dortmund klubu ölkə çempionatında 51 xalla yalnız lider “Bavariya”dan geri qalır.

“Hoffenhaym”ın futbolçusu Munas Dabbur isə zədəsini sağaltmaq üzrədir. 27 yaşlı hücumçu pandemiya dövründə müalicə olunduğunu bildirib. Bundesliqanın bərpa tarixinin gecikdiyini fürsət kimi dəyərləndirən israilli oyunçu artıq klubun bazasında yüngül məşqlərə başladığını deyib. Xatırladaq ki, Munas Dabbur fevralın 22-də “Mönhenqladbax” Borussiyası ilə oyunda zədələnmişdi.