Burak Yılmazdan geri addım: üzr istədi

Türkiyə millisinin və "Beşiktaş" klubunun futbolçusu Burak Yılmaz Çin xalqından üzr istəyib. 

Sportline.az xəbər verir ki, 35 yaşlı hücumçu sosial şəbəkədə bir neçə gün öncə verdiyi açıqlamaya görə üzrxahlıq edib. 

Təcrübəli forvard iki ilədək çıxış etdiyini Çində çox yaxşı münasibət gördüyünü bildirib: "Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul olunduğunu söylədim. Bu səbəbdən digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dilə gətirdim. İstəmədən də olsa, qəlblərinə toxunduğum üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm". 

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində Türkiyədə "Fənərbağça", "Trabzonspor" və "Qalatasaray" klublarının da formasını geyinib. O, 2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edib.