Bütün dövrlərin ən yaxşı futbolçusu bəlli oldu

"Marca" nəşri öz oxucuları arasında bütün dövrlərin ən yaxşı oyunçusu kimi hesab etdikləri ilə bağlı sorğu keçirib.

Sportline.az xəbər verir ki, sorğunun finalında "Yuventus"un hücumçus Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messini qabaqlayıb. Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb.

Portuqaliyalı hücumçu finala gedən yolda Paolo Maldinini, Zinəddin Zidanı qabaqlayıb.

Messi isə Ferenç Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan  güclü olub.