Cavid Hüseynovun "Qəbələ"dəki rekordu

Qəbələ” komandası, indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib.
 
Sportline.az  xəbər verir ki, Azərbaycan çempionatının Premyer Liqa və 1-ci dəstəsində, həmçinin ölkə kuboku və Avropa Liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə 11 metrlik nöqtədən qol vurub.
 
“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdur. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan əldə edən Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə bir dəfə imkandan yararlanmayıb.
 
Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq iki dəfə penaltidən fərqlənib.