Cedi Osman: “NBA karyeramın tamamilə bitdiyini düşünmürəm”
Bu yay avropa basketboluna geri qayıdan Cedi Osman yenidən nə vaxtsa NBA-yə gedəcəyini açıqlayıb.
Sportline.az xəbər verir ki, Cedi Osman mətbuat kofransında jurnalistlərin suallarını cavablandırıb.
“NBA karyeramın tamamilə bitdiyini düşünmürəm, amma əlbəttə ki, nə olacağını bilmirik. Hazırda yeganə fikrim “Panatinaykos”a kömək etmək və Avroliqa çempionluğunu qazanmaqdır. Bizim əla komandamız var. Çox istedadlı heyətimiz var və düşünürəm ki, ardıcıl ikinci Avroliqa çempionluğunu qazana bilərik. Bütün kubokları qazanmaq istəyirəm. Ona görə də bura gəldim və ümid edirəm ki, çox yaxşı mövsüm keçirəcəyik”, - deyə C.Osman bildirib.
Qeyd edək ki, Cedi Osman daha əvvəl “Anadolu Efes”, “Pertevniyal”,“Klevlend Kavaliers” və “San Antoniyo Spörs” kimi klubların şərəfini qoruyub.