Cek Qrilişin transfer qiyməti bəlli olub

"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişin transfer qiymətini açıqlayıb.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, Cek üçün "şəhərlilər" ən azı 40 milyon avro tələb edir.

Təcrübəli futbolçu ilə "Nyukasl Yunayted", "Tottenhem" və "Napoli" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Cek Qrilişin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.