Cerrard futbolla vidalaşdı
Ulduz futbolçu Stiven Cerrard peşəkar karyerasını bitirdiyini açıqlayıb. SportLine.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. Son mövsümü "Los Anceles Qalaksi"də keçirən yarımmüdafiəçi 36 yaşında futboldan getdiyini bildirib.
Qeyd edək ki, 1998-2015-ci illər ərzində “Liverpul”un formasını geyinmiş Cerrard “qırmızılar”ın heyətində ümumilikdə 710 oyunda 186 qola imza atıb. O, 2000-2014-cü illər ərzində şərəfini qoruduğu İngiltərə yığmasında isə 114 matçda 21 dəfə fərqlənib.