Ceymi Vardi İtaliya klubuna keçə bilər
"Lester Siti"dən azad agent kimi ayrılan ingiltərəli futbolçu Ceymi Vardi karyerasını "Cenoa"da davam etdirə bilər.
Sportline.az "La Respubblica" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Vardinin meneceri ilə danışıqlar aparır.
38 yaşlı forvard "Cenoa"ya keçməyə müsbət yanaşır.
Qeyd edək ki, Vardi karyerası ərzində "Lester"lə yanaşı, "Şeffil", "Stokbric", Halifaks Toun" və "Flitvud" kimi klublarında şərəfini qoruyub.