"Çelsi" "Arsenal"dan 50 milyon avro tələb edir
"Çelsi"nin ingiltərəli futbolçusu Noni Madueke "Arsenal"ın maraq dairəsinə düşüb.
Sportline.az "Tele Football" nəşrinə istinadən xəbər verir ki, Madueke üçün "zadəganlar" 50 milyon avro tələb edir.
"Arsenal"ın rəhbərliyi bu məbləği ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Maduekenin "Çelsi" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.