"Çelsi" bu futbolçuya görə 35 milyon avro ödəmək niyyətindədir
"Çelsi" argentinalı futbolçu Alexandro Qarnaçonu transfer etməkdə israrlıdır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"lə problem yaşayan Qarnaçonunda bu transferə müsbət yanaşdığı bildirilir.
London klubu 21 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, sözü gedən futbolçunun "Mançester Yunayted"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.