"Çelsi"də yeni müqavilə

İngiltərənin "Çelsi" klubu futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

Sportline.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi fransalı hücumçunun bu yay başa çatmalı olan sözləşməsinin müddətini daha 1 il uzadıb.

"Zadəganlar"ın baş məşqçisi Frenk Lempardın planlarına daxil olmayan 34 yaşlı forvardın satılmamasına səbəb əvəzinə yeni oyunçu alına bilməməsi olub.

Qeyd edək ki, Fransa millisinin də aparıcı üzvü olan Olivye Jiru 2018-ci ilin qışından "Çelsi"nin formasını geyinir.