"Çelsi"nin futbolçusu İtaliya klubunda

“Atalanta” "Çelsi"dən icarəyə götürdüyü Mario Paşaliçin transfer hüququna yiyələnib.

Sportline.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün londonlulara 15 milyon avro təzminat ödəyib. Xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Paşaliç 2018-ci ildən “Atalanta”da icarə əsasında oynayırdı. O, bu mövsüm 32 oyunda 7 qol vurub, 5 assist edib.